Ən son xəbərlər:

13.02.2023/06:42/ Misir BRİKS-ə qoşulmağa hazırlaşır

Misir BRİKS-ə qoşulmağa hazırlaşır.

xeberaz.info-nun məlumatına görə Rusiyanın Misirdəki səfiri Georgi Borisenko bildirib ki, Rusiya Misirin BRİKS-ə qoşulmaq üçün atdığı addımları dəstəkləyir. Bu barədə “El-Balyad” xəbər portalı məlumat yayıb.

Misir BRİKS-ə qoşulmaqda maraqlıdır və artıq bu istəyini təşkilatın bütün üzvlərinə paylanmış rəsmi məktubda qeyd edib.

Rusiyalı diplomat bildirib ki, Moskva Qahirənin təklifini dəstəkləyir və Misirin BRİKS-ə tam şəkildə daxil olması ilə kifayətlənəcək. Bunun üçün nəhayət, genişləndirmə qaydaları və prosedurları barədə razılığa gəlməliyik, ümid edirik ki, bu, yaxın gələcəkdə baş verəcək.

Xatırladaq ki, BRİKS inkişaf etməkdə olan ölkələr arasında ən böyük iqtisadiyyatları – Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı əhatə edir.

Misirlə yanaşı, bir sıra ölkələr, o cümlədən Argentina, İran, İndoneziya, Səudiyyə Ərəbistanı da təşkilata üzv olmaqda maraqlıdır.

Əlcəzair daha əvvəl BRİKS-ə tam üzv olmaq üçün müraciət edib.