Ən son xəbərlər:

13.02.2023/05:35/ Almaniyadan Ukraynaya silah tədarükünün dayandırılması ilə bağlı müraciəti minlərlə insan imzalayıb

Almaniyadan Ukraynaya silah tədarükünün dayandırılması ilə bağlı müraciəti minlərlə insan imzalayıb.

xeberaz.info-nun nməlumatına görə Almaniya kansleri Olaf Şolzdan Ukraynaya hərbi dəstəyin dərhal dayandırmağa və münaqişənin diplomatik yolla həllinə ümid etməyə çağıran petisiyaya 200 mindən çox internet istifadəçisi dəstək verib. Müvafiq sənəd change.org saytında dərc olunub.

Sülhə dəstək manifesti adlanan müraciətin təşəbbüskarları Bundestaqın Solçular partiyasından olan deputat Sarah Vaqenknext və alman publisisti Alisa Şvartser olub.

Petisiya nəşr olunmazdan əvvəl BMT və ATƏT-də keçmiş yüksək vəzifəli alman diplomatı Mixael von der Şulenburq, Berliner Zeitung qəzetinin baş redaktoru Holger Fridrix, parlament komitəsinin rəhbəri Klaus Ernst, Almaniyanın sabiq kansleri Angela Merkelin hərbi siyasət üzrə müşaviri Erix Vadin  də daxil olmaqla 69 tanınmış ictimai xadim və siyasətçi tərəfindən dəstəklənib.

Petisiya müəllifləri kansleri Ukraynaya silah göndərilməsi ilə bağlı dərhal münaqişənin eskalasiyasını dayandırmağa çağırıblar. Onlar Almaniya hökuməti başçısının həm Almaniyada, həm də Avropada atəşkəsə dəstək verən güclü ittifaqın yaradılması təşəbbüsü ilə çıxış etməli olduğunu bildiriblər.  Hər itirilmiş günün minlərlə insanın ölümü olduğunu  və bəşəriyyəti üçüncü dünya müharibəsinə yaxınlaşdırdığını vurğulayıblar.