Ən son xəbərlər:

02.02.2023./20:00/ Ukrayna yanvarda 4,25 milyard dollar beynəlxalq yardım alıb

Ukrayna yanvarda 4,25 milyard dollar beynəlxalq yardım alıb.

xeberaz.info-nun məlumatına görə Ukrayna cari ilin yanvar ayında xarici tərəfdaşlardan 4,25 milyard dollar yardım alıb ki, bu da ölkə büdcəsinin gəlirlərinin yarıdan çoxunu təşkil edir. Bu barədə cümə axşamı Ali Radanın deputatı Yaroslav Jeleznyak sosial şəbəkədə məlumat verib.

Onun məlumatına görə, yanvar ayında büdcəyə vergi haqqından 35,8 milyard qrivna (0,98 milyard dollar), gömrükdən 31,5 milyard qrivna (0,86 milyard dollar), istiqrazlar hesabına 43,3 milyard qrivna (1,19 milyard dollar), Dövlət Əmlak Fondundan 738 milyon qrivna (20,20 milyon dollar) daxil olub. Beləliklə, ölkənin öz gəlirləri 111,3 milyard qrivna (3,05 milyard dollar) təşkil etmişdir.

Eyni zamanda, beynəlxalq dəstək hesabına büdcəyə 155,24 milyard qrivna (4,25 milyard dollar) daxil olub.