Ən son xəbərlər:

02.02.2023./19:17/ Avropa Parlamenti Ukraynaya təyyarə və raketlərin göndərilməsi məsələsinə baxmağa çağırıb

Avropa Parlamenti Ukraynaya təyyarə və raketlərin göndərilməsi məsələsinə baxmağa çağırıb.

xeberaz.info-nun məlumatına görə Avropa Parlamenti Ukraynaya Qərb döyüş təyyarələri və uzaqmənzilli raketlərin verilməsi imkanlarını öyrənməyə çağırıb. Bu barədə cümə axşamı Avropa Parlamentinin fevralın 3-də Kiyevdə keçiriləcək Aİ-Ukrayna sammitinə həsr olunmuş xüsusi sessiyasında qəbul edilmiş qətnamədə deyilir.

Avropa Parlamenti bir sıra Aİ ölkələrinin, o cümlədən ABŞ, Böyük Britaniya və Kanadanın Ukraynanı əsas döyüş tankları ilə təmin etmək barədə qərarlarını alqışlayır, onların ekipajlarının hazırlığına dərhal başlanmasını təkid edir.

Avropa Parlamenti həmçinin Aİ ölkələrini “mümkün qədər tez” Rusiyaya qarşı 10-cu sanksiya paketini qəbul etməyə və hələ də Avropada qalan şirkətlərə, o cümlədən “Lukoyl” və “Rosatom”a Aİ bazarında fəaliyyət göstərməyə qadağa qoymağa, habelə bundan imtina etməməyə çağırıb.