Ən son xəbərlər:

02.02.2023./18:42/ Almaniya hökuməti “Patriot” raketdən müdafiə sistemini Ukraynaya göndərmək niyyətindədir

Almaniya hökuməti “Patriot” raketdən müdafiə sistemini Ukraynaya göndərmək niyyətindədir.

xeberaz.info-nun məlumatına görə 70-ə yaxın ukraynalı hərbçi “Patriot” anti-ballistik raket (ABM) sistemi ilə təlim keçmək üçün Almaniyaya gəlib. Bu barədə cümə axşamı DPA agentliyi təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Ukrayna Silahlı Qüvvələrinin əsgərləri çərşənbə axşamı Almaniyaya gəliblər və cümə axşamı təlimlərə başlamalıdırlar. Almaniya hökuməti ABŞ-la razılaşmadan sonra “Patriot” raketdən müdafiə sistemini Ukraynaya göndərmək niyyətindədir.