Ən son xəbərlər:

02.02.2023./14:22/ Fon der Leyen, Borrell və 14 Avropa komissarı Kiyevə gəlib

Fon der Leyen, Borrell və 14 Avropa komissarı Kiyevə gəlib.

xeberaz.info-nun məlumatına görə Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Aİ-nin xarici siyasət rəhbəri Josep Borrell və 14 əsas Avropa komissarı fevralın 3-də keçiriləcək Aİ-Ukrayna sammitindən əvvəl Ukrayna hökuməti ilə birgə görüş keçirmək üçün cümə axşamı Kiyevə gəliblər.

Borrell Kiyevə Aİ-nin bütün ukraynalılara dəstəyinin ən güclü siqnalını çatdırmaq üçün gəldiklərini bildirib və Tvitter hesabında qeyd edib ki, münaqişə başlayandan bəri Aİ-nin Kiyevə yardımı 50 milyard avro təşkil edib.

Eyni zamanda, Avropa Komissiyasının mətbuat xidməti məlumat verib ki, fon der Leyen, Borrell və Avropa Komissiyasının 14 əsas komissarı Avropanın təşviqi üçün Kiyevə getdilər.