Ən son xəbərlər:

02.02.2023./14:05/ Almaniya raketdən müdafiə sisteminin gücləndirilməsi üçün 17 milyard avro ayırmağa hazırdır

Almaniya raketdən müdafiə sisteminin gücləndirilməsi üçün 17 milyard avro ayırmağa hazırdır

xeberaz.info-nun məlumatına görə Almaniya hakimiyyəti öz raket əleyhinə müdafiə sistemini gücləndirmək üçün təxminən 17 milyard avro ayırmağı planlaşdırır. Bu barədə çərşənbə günü mənbələrə istinadən Bloomberg məlumat yayıb.

Almaniya hazırda hərbi təyinatlı məhsulların bir neçə istehsalçısı ilə onların çoxpilləli raketə qarşı qalxanın yaradılmasında iştirakı ilə bağlı danışıqlar aparır ki, bu da 17 milyard avroya qədər başa gələ bilər.

Nəzərdən keçirilən variantlardan biri Almaniyanın Diehl Defense GmbH şirkəti ilə IRIS-T hava hücumundan müdafiə sisteminin alınması üçün 2 milyard avrodan 3 milyard avroya qədər olan müqavilənin bağlanmasıdır.