Ən son xəbərlər:

02.02.2023./13:00/ İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın hədəflərinə zərbələr endirib

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın hədəflərinə zərbələr endirib.

xeberaz.info-nun məlumatına görə İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında HƏMAS-ın silah istehsal edən obyektlərinə hava zərbələri endirib. Bu barədə cümə axşamı ordunun mətbuat xidməti məlumat yayıb.

Yayılan məlumatlarda bildirilir ki, Qırıcı təyyarələr HƏMAS terror təşkilatının raket istehsalı üçün istifadə edilən kimyəvi xammalın istehsalı və saxlandığı obyektə və Qəzza zolağının mərkəzində yerləşən silah istehsalı müəssisəsinə hücum ediblər.