Ən son xəbərlər:

02.02.2023./10:54/ İranın BMT-dəki nümayəndəsi İsraili İsfahana pilotsuz təyyarə hücumunda ittiham edib

İranın BMT-dəki nümayəndəsi İsraili İsfahana pilotsuz təyyarə hücumunda ittiham edib.

xeberaz.info-nun İranın İSNA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Amid Səid İrəvani BMT-nin baş katibi və BMT Təhlükəsizlik Şurasının sədrinə məktub göndərərək, İsraili pilotsuz təyyarələrin hərbi obyektə hücumuna görə günahlandırıb.

İranın daimi nümayəndəsi bəyanatlarını ölkənin xüsusi xidmət orqanlarının apardığı ilkin araşdırmanın nəticələri ilə əsaslandırıb. Onun sözlərinə görə, İsfahan şəhərində Müdafiə Nazirliyinin obyektinə edilən terror aktına görə məsuliyyət daşıyan İsraildir, bu rejimin hərəkətləri beynəlxalq hüququ pozur və pislənir.

Bundan əvvəl Pentaqon hücumda günahsız olduğunu bəyan edib və Kremlin rəsmi nümayəndəsi reyd təşkilatçılarının iş rejimini pisləyərək, xüsusi xidmət orqanlarının təhqiqatının nəticələrini gözləməkdən imtina edib.