Ən son xəbərlər:

02.02.2023./09:39/ Fransa xüsusi təyinatlıları İrandan silahla gələn gəmini ələ keçirib

Fransa xüsusi təyinatlıları İrandan silahla gələn gəmini ələ keçirib.

xeberaz.info-nun məlumatına görə ABŞ hərbçiləri ilə razılaşdırılmış əməliyyat sayəsində Fransa Yaxın Şərqdə silah qaçaqmalçılığı ilə mübarizədə fəallaşıb. Fransanın xüsusi təyinatlı qüvvələri İrandan Yəmənə gedən silah və sursat olan gəmini ələ keçirib, Wall Street Journal xəbər verir.

Gəminin göyərtəsində 3 mindən çox pulemyot, ən azı 500 min patron və 20 tank əleyhinə idarə olunan raket aşkar edilib.