Ən son xəbərlər:

02.02.2023./09:03/ Ərdoğan Ukraynaya Qərb tanklarının verilməsini pisləyib

Münaqişənin danışıqlar yolu ilə dinc həlli üçün Ukrayna Silahlı Qüvvələrinə hərbi yardım göstərmək lazımdır.

xeberaz.info-nun məlumatına görə Türkiyə lideri Kiyevə silah tədarükünün artırılmasını riskli addım, xüsusən də silah baronları üçün faydalı adlandırıb. Qərb ölkələrinin Kiyevə silah, o cümlədən tankların verilməsi Ukraynadakı münaqişənin həllinə gətirib çıxarmayacaq. TRT-yə müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  belə deyib.

Eyni zamanda, NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, Kiyevə silahların verilməsi gələcəkdə münaqişənin sülh yolu ilə həllinə şərait yaratmağa kömək edəcək. Onun fikrincə, Ukraynanı suveren və müstəqil dövlət kimi saxlamaqla münaqişənin danışıqlar yolu ilə dinc həlli üçün Ukrayna Silahlı Qüvvələrinə hərbi yardım göstərmək lazımdır.