Ən son xəbərlər:

02.02.2023./04:57/ London hazırda Ukraynaya qırıcı təyyarələrin göndərilməsini yersiz hesab edir

Londonun Ukraynaya qırıcı təyyarələrin göndərilməsi ilə bağlı dəqiq mövqeyi görünmür.

xeberaz.info-nun məlumatına görə Britaniya hökuməti qırıcı təyyarələrin Kiyevə göndərilməsinin mümkünsüzlüyü ilə bağlı yekun qərar qəbul etməyib, lakin hələlik onları Ukraynaya göndərməkdən çəkinməyi düzgün hesab edir. Bu barədə krallığın Müdafiə Nazirliyinin rəhbəri Ben Uolles bildirib. Onun sözlərinə istinadən Reuters xəbər verir.

Xatırladaq ki, çərşənbə axşamı Böyük Britaniyanın baş naziri Rişi Sunakın sözçüsü bildirib ki, London hazırda Ukraynaya qırıcı təyyarələrin göndərilməsini yersiz hesab edir.