Ən son xəbərlər:

02.02.2023./04:41/ BMT Təhlükəsizlik Şurası fevralın 24-də Ukrayna ilə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası fevralın 24-də Ukrayna ilə bağlı iclas keçirəcək.

xeberaz.info-nun məlumatına görə BMT Təhlükəsizlik Şurası (TŞ) fevralın 24-də Ukrayna ilə bağlı iclas keçirəcək. Bu barədə BMT-nin bu qurumunun çərşənbə günü yaydığı fevral ayı üçün  iş proqramında deyilir.

İclasın mövzusu Ukraynanın sülh və təhlükəsizliyinin qorunması olaraq təyin olunub. Digər təfərrüatlar, o cümlədən iştirakçıların tərkibi barədə məlumat verilmir.

Xatırladaq ki, fevral ayında BMT Təhlükəsizlik Şurasının sədri Malta olacaq.