Ən son xəbərlər:

02.02.2023./04:28/ Rusiya avtomobil sənayesi tarixi 2022-ci ildə minimuma enib

Rusiya avtomobil sənayesi 2022-ci ildə tarixi minimuma enib.

xeberaz.info-nun məlumatına görə genişmiqyaslı sanksiyaların tətbiqi və xarici avtomobil istehsalçılarının ölkədən çıxarılması fonunda 2022-ci ildə Rusiya Federasiyasında minik avtomobillərinin istehsalı 67% azalaraq tarixi minimuma – 450 min ədədə düşüb.

Eyni zamanda, dekabrda onların hasilatı 2022-ci ilin martından bəri ən yüksək həddə çatıb və noyabrla müqayisədə 1,7 dəfə – 70% artaraq 40,3 min ədəd olub. 2021-ci ilin dekabr ayı ilə müqayisədə -68% azalıb. Rusiya Federasiyasının Federal Dövlət Statistika Xidmətinin (Rosstat) məlumatlarında belə  bildirilir.

Müasir Rusiya avtomobil istehsalı tarixində ən aşağı illik azalma 2009-cu ildə Rosstat tərəfindən qeydə alınıb. Qlobal iqtisadiyyatda və avtomobil sənayesində o zamankı böhranda 2008-ci illə müqayisədə 59,4%  az – 597 min minik avtomobili istehsal edilib.