Ən son xəbərlər:

10.04.2024/16:08 /Kemeron Rusiyanın aktivlərinə çıxış məsələsində irəliləyiş olduğunu bildirib

Kemeron Rusiyanın aktivlərinə çıxış məsələsində irəliləyiş olduğunu bildirib

Böyük Britaniya və ABŞ Rusiyanın dondurulmuş suveren aktivlərinin Ukraynaya köçürülməsi ilə bağlı irəliləyiş əldə edib və tərəflər öz təkliflərini iyunda keçiriləcək Yeddilik Qrupunun – G7-lərin sammitində təqdim edəcəklər. Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bildirib.

Biz bilirik ki, Ukraynanın pula ehtiyacı var. Biz razılaşdırılmış şəkildə bu vəsaitlərə necə çıxış əldə etmək məsələsində əhəmiyyətli irəliləyiş əldə etmişik. Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenlə birgə mətbuat konfransında o, belə bildirib.