Ən son xəbərlər:

28.03.2024/17:44// Hindistan və Çin sərhədlərin qorunması barədə razılığa gəldilər

Hindistan və Çin sərhədlərin qorunması barədə razılığa gəldilər

Yeni Dehli və Pekin sərhədyanı ərazilərdə sülh və əmin-amanlığın qorunması və sərhəd boyu yaranan məsələlərin həlli üçün müntəzəm təmasların davam etdirilməsi barədə razılığa gəliblər. Bu barədə Hindistan Xarici İşlər Nazirliyinin martın 27-də Pekində keçirilmiş iki qonşu ölkə arasında sərhəd məsələləri üzrə Məsləhətləşmə və Əlaqələndirmə İş Mexanizminin 29-cu iclasının yekunlarına dair bəyanatında deyilir.

Sənəddə bildirilir ki, Tərəflər Hindistan-Çin sərhədinin qərb sektorundakı Faktiki Nəzarət Xətti boyunca tam əlaqənin kəsilməsinə və həll olunmamış problemlərin həllinə dair ətraflı fikir mübadiləsi aparıblar.

Mətndə həmçinin qeyd olunur ki, Hindistan və Çin diplomatik və hərbi kanallar vasitəsilə müntəzəm təmasları davam etdirməyə razılaşıblar və həmçinin mövcud ikitərəfli razılaşma və protokollara uyğun olaraq sərhəd bölgələrində yerdə sülh və əmin-amanlığın qorunmasının zəruriliyini qeyd ediblər.