Ən son xəbərlər:

27.03.2024/18:49// Bəşəriyyətin taleyi Çin və ABŞ-ın ikitərəfli münasibətlərindən asılıdır

Bəşəriyyətin taleyi Çin və ABŞ-ın ikitərəfli münasibətlərindən asılıdır

Çin və ABŞ arasında münasibətlərin xarakteri təkcə iki ölkə xalqlarının rifahına deyil, həm də bəşəriyyətin gələcəyinə təsir göstərir. Bunu Pekində Böyük Xalq Zalında Amerika işgüzar dairələrinin nümayəndələri ilə keçirilən görüşdə Çin sədri Si Cinpin deyib.

Çin Xalq Respublikasının sədri vurğulayıb ki, nə qədər ki, hər iki tərəf bir-birini tərəfdaş hesab edir, bir-birinin maraqlarına hörmət edir, dinc yanaşı yaşayar və qarşılıqlı faydalı nəticələr üçün əməkdaşlıq edərsə, ikitərəfli münasibətlər yaxşılaşacaqdır.