Ən son xəbərlər:

27.03.2024/18:26//HƏMAS-la İsrail arasında danışıqlarda irəliləyiş yoxdur

HƏMAS-la İsrail arasında danışıqlarda irəliləyiş yoxdur

Fələstinin radikal HƏMAS hərəkatı ilə yeni sazişin bağlanması ilə bağlı Qətərdə aparılan danışıqlarda İsrailin mövqeyi barışmazdır və razılığın əldə olunmasında heç bir irəliləyiş yoxdur. Bu barədə hərəkatın Siyasi Bürosunun üzvü Qazi Həməd “Al Mayadeen” telekanalına verdiyi şərhdə bildirib.

Danışıqlarda heç bir irəliləyiş yoxdur və İsrailin mövqeyi barışmazdır, – Həmad deyib. Onun sözlərinə görə, hazırda davam edən məsləhətləşmələr zamanı vasitəçilər ilə fikir mübadiləsi aparılır. Siyasi Büro üzvü həmçinin İsrail tərəfinin dəqiq mövqe nümayiş etdirmədən danışıqlar apardığını iddia edərək bunun Netanyahunun siyasəti olduğunu vurğulayıb.