Ən son xəbərlər:

26.03.2024/17:05// Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 147 nəfər saxlanıldı

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 147 nəfər saxlanıldı

Türkiyənin 30 vilayətində eyni vaxtda keçirilən əməliyyat zamanı İŞİD-lə əlaqədə şübhəli bilinən 147 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya X sosial şəbəkəsində məlumat verib.

Türkiyə Daxili İşlər Nazirliyinin başçısı bildirib ki, terrorla mübarizəmiz son terrorçu zərərsizləşdirilənə qədər qətiyyətlə davam edəcək.

O, ötən ilin iyunundan 2024-cü il martın 25-dək İŞİD-ə qarşı keçirilən əməliyyatlar zamanı ümumilikdə 2919 şübhəlinin saxlanıldığını bildirib. Onlardan 692 təqsirləndirilən şəxs həbs edilib, daha 187 nəfərin barəsində isə məhkəmə prosesi davam edir.