Ən son xəbərlər:

26.03.2024/16:28// Ermənistanın KTMT-də daimi nümayəndəsi yoxdur

Ermənistanın KTMT-də daimi nümayəndəsi yoxdur

Ermənistan KTMT-də iştirakını dondurub, qərarların qəbulunda iştirak etmir, amma onlara mane də olmur. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Yunanıstanın “Katimerini” qəzetinə müsahibəsində deyib.

Əslində biz KTMT-də iştirakı dondurmuşuq. 2023-cü ilin sentyabrından bizim KTMT-də daimi nümayəndəmiz yoxdur. Biz KTMT-nin yüksək səviyyəli tədbirlərində iştirak etmirik. Biz KTMT-nin qərarlarına mane olmuruq, eyni zamanda onların qəbulunda iştirak da etmirik, – Paşinyan belə bildirib.