Ən son xəbərlər:

25.03.2024/20:00// Crocusdakı terror aktı ilə bağlı istintaqın yekun qərarı yoxdur

Crocusdakı terror aktı ilə bağlı istintaqın yekun qərarı yoxdur

İstintaq hələ ki, Moskva yaxınlığındakı Crocus City Hall-da baş vermiş terror aktının səbəbləri, o cümlədən Rusiya Federasiyasında qadağan olunmuş İslam Dövləti terror qruplaşmasının iştirakı ilə bağlı yekun variantı tərtib etməyib. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

Hələlik heç bir tutarlı versiya səsləndirilməyib, – Kreml nümayəndəsi şərh edib. Biz yalnız ilkin məlumatlar haqqında danışırdıq, indiyə qədər heç bir versiya irəli sürülməyib.

Biz rəsmi hüquq-mühafizə orqanlarından məlumat gözləməliyik, – Peskov belə bildirib.