Ən son xəbərlər:

14.03.2024/16:06// ABŞ Konqresinin Nümayəndələr Palatası TikTok-u qadağan edən qanun layihəsini təsdiqlədi

ABŞ Konqresinin Nümayəndələr Palatası TikTok-u qadağan edən qanun layihəsini təsdiqlədi

ABŞ Konqresinin Nümayəndələr Palatası TikTok-un sahibi olan Çinin ByteDance şirkətinə platformanı satmaq üçün altı ay vaxt verən qanun layihəsini qəbul edib. Bu barədə New York Times qəzeti yazıb. Əks halda, sosial şəbəkə ABŞ-da qadağan oluna və onun tətbiqi proqram mağazalarından silinə bilər. Sənədin lehinə 352 konqresmen, o cümlədən 197 respublikaçı və 155 demokrat səs verib.

TikTok-un ABŞ-da qadağan edilməsinin lehinə əsas arqument bu sosial şəbəkədən istifadə edən amerikalıların şəxsi məlumatlarının təhlükəsizliyinə zəmanət vermək imkanının olmamasıdır.

Sənəd Konqresin hər iki palatası tərəfindən təsdiq edilsə və ABŞ prezidenti Co Bayden tərəfindən imzalansa, qanun layihəsi qüvvədə olan akta çevriləcək.