Ən son xəbərlər:

14.03.2024/15:14// Tacikistan və Özbəkistan ikitərəfli əməkdaşlığın inkişafını sürətləndirmək üçün razılığa gəldilər

Tacikistan və Özbəkistan ikitərəfli əməkdaşlığın inkişafını sürətləndirmək üçün razılığa gəldilər

Tacikistan və Özbəkistanın baş nazirləri Kohir Rəsulzoda və Abdulla Aripov ikitərəfli əməkdaşlığın inkişafını sürətləndirərək, cari ilin sonunadək qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılmasını qarşıya məqsəd qoyublar.Tərəflər bu barədə razılığa gəliblər.

Düşənbədə keçirilən hökumətlərarası komissiya  zamanı sənaye əməkdaşlığı, kənd təsərrüfatı, enerji, su ehtiyatları, nəqliyyat və logistika sahələrində birgə layihələrin yaradılması imkanları nəzərdən keçirilib. Həmçinin Tacikistanın paytaxtında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qarşıdan gələn dövlət səfəri çərçivəsində ilin birinci yarısının sonunadək investisiya forumu keçiriləcək.