Ən son xəbərlər:

12.03.2024/17:19/Son 15 ildə inkişaf etmiş ölkələrin dövlət borcu iki dəfədən çox artıb

Son 15 ildə inkişaf etmiş ölkələrin dövlət borcu  iki dəfədən çox artıb

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan ölkələrin dövlət borcunun ümumi həcmi 2008-ci ildən bəri 30 trilyon dollar artıb. Bu barədə təşkilatın hesabatında deyilir. Mətndə qeyd olunur ki, 2023-cü ilin sonunda OECD hökumətlərinin ümumi istiqraz borcu 2008-ci ildən 30 trilyon dollar artaraq 54 trilyon dollar təşkil edib.

Təşkilatın proqnozlarına görə, 2024-cü ildə bu rəqəm 56 trilyon dollara qədər artacaq. OECD göstərir ki, bu borcun təxminən yarısı ABŞ-ın, təxminən 20%-i isə Avropa İttifaqının payına düşür.

OECD üzvləri 38 ölkə, o cümlədən ABŞ, Kanada və əksər Aİ ölkələridir.