Ən son xəbərlər:

12.03.2024/17:04/Avropa Parlamenti Avropa Komissiyasını məhkəməyə vermək niyyətindədir

Avropa Parlamenti Avropa Komissiyasını məhkəməyə vermək niyyətindədir

Avropa Parlamenti (AP) Avropa Komissiyasının (AK) Avropa İttifaqının depressiyaya məruz qalmış ərazilərinin inkişafı üçün nəzərdə tutulan Avropa fondu vasitəsilə Macarıstana 10,2 milyard avro ödəməsinə hüquqi etiraz etmək istəyir. Əvvəllər onlar Brüsselin qanunun aliliyi və korrupsiya ilə mübarizə tələblərinə görə bloklanmışdılar. Bu barədə “Politico” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Aİ-nin icra başçısını vergi ödəyicilərinin vəsaitlərindən sui-istifadə etdiyinə görə məhkəməyə vermək qərarı AP Hüquq Məsələləri Komitəsinin qapalı iclasında keçirilən gizli səsvermədən sonra qəbul edilib. 16 nəfər lehinə, 1 nəfər əleyhinə səs verib.