Ən son xəbərlər:

11.03.2024/13:31/Rusiya vasitəsilə Asiyadan Avropaya yüklərin dəmir yolu tranziti artıb

Rusiya  vasitəsilə Asiyadan Avropaya yüklərin dəmir yolu tranziti artıb

Yəmənli üsyançı husilər “Ənsar Allah” hərəkatının Qırmızı dənizdə gəmilərə hücumundan sonra Rusiya dəmir yolları ilə yüklərin Asiyadan Avropaya daşınmasına tələbat kəskin artıb. Bu barədə logistika şirkətləri və dəmir yolu operatorlarına istinadən Financial Times məlumat yayıb.

Alman nəqliyyat və logistika firması DHL-in məlumatına görə, dekabr ayında Rusiya dəmir yolu dəhlizi ilə yüklərin daşınması üçün müraciətlər təxminən 40% artıb.

RailGate Europe-un məlumatına görə, bu il Rusiya ərazisindən keçən yük dəmir yolu nəqliyyatına tələbat keçən ilin eyni dövrü ilə müqayisədə orta hesabla 25-35% yüksək olub. Rail Bridge Cargo eyni dövrdə 31% artım olduğunu bildirib.