Ən son xəbərlər:

11.03.2024/13:13/Rusiyadan silah ixracında azalma baş verib

Rusiyadan silah ixracında azalma baş verib

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatına görə, 2019-2023-cü illərdə Rusiyadan silah ixracı 2014-2018-ci illərlə müqayisədə 53% azalıb. Ümumilikdə, ölkə dünya bazarının 11%-ni təşkil edir.

Rusiya ilk dəfə olaraq Fransaya ikinci yeri (47% artım, dünya ixracatındakı payı 11%) itirərək ən böyük ixracatçılar arasında üçüncü yerə düşüb. Birinci yeri əvvəlki beş illik dövrlə müqayisədə satışları 17% (dünya bazarının 42%-i) artıran ABŞ tutur. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI-nin) 2018-2022-ci illərdə silah ticarətinin vəziyyəti ilə bağlı əvvəlki hesabatına görə, ixrac həcminə görə ABŞ və Rusiya liderlik edib.