Ən son xəbərlər:

07.03.2024/14:17/Banqladeş İslam Səkkizliyi ölkələrini ümumi valyuta tətbiq etməyə çağırış edib

Banqladeş İslam Səkkizliyi ölkələrini ümumi valyuta tətbiq etməyə çağırış edib

Banqladeşin Baş naziri Şeyx Hasina İslam Səkkizliyi (D-8) ölkələrinə qarşılıqlı ticarəti artırmaq üçün ümumi valyuta tətbiq etməyi təklif edib. O, bu barədə D-8 dövlətlərinin ticarət nazirləri ilə Dəkkədə keçirilən görüşdə bildirib.

Çox yaxşı olardı ki, biz Avropa İttifaqından nümunə götürərək, ölkələrimiz arasında ticarəti inkişaf etdirmək üçün ümumi valyuta tətbiq edə bilək. Ticarətimizi gücləndirə bilsək, o zaman başqalarından asılı olmayacağıq, – “Business Standard” nışri Hasinanın sözlərini sitat gətirib.

Nəşrin məlumatına görə, D-8 ölkələrinin ticarət nazirlərinin Dəkkədə keçirilən görüşü güzəştli ticarət sazişlərinin müzakirəsinə həsr olunub. Nümayəndələr həmçinin qarşılıqlı ticarəti 2030-cu ilədək hazırkı 146 milyard dollardan 500 milyard dollara çatdırmaq məqsədi ilə razılaşıblar.

İslam Səkkizliyi Ölkələri Təşkilatı (D8) 1997-ci ildə yaradılıb. Buraya əhalisinin əksəriyyəti müsəlman olan səkkiz ölkə – Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya, Pakistan, Türkiyə daxildir. D-8 ölkələri arasında hesablaşmalar məsələsi əvvəllər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən dəfələrlə qaldırılıb, lakin o, bunun üçün milli valyutalardan istifadəni təklif edib.