Ən son xəbərlər:

06.03.2024/16:35/Türkiyə terminalı Rusiya mənşəli heç bir məhsulu qəbul etməyəcəyini bildirib

Türkiyə terminalı Rusiya mənşəli heç bir məhsulu qəbul etməyəcəyini bildirib

Türkiyənin orta ölçülü Aralıq dənizi neft terminallarından biri olan Dörtyol, ABŞ-ın artan sanksiyaları fonunda keçən il rekord həcmdən sonra Rusiya Federasiyasından idxalı qəbul etməyəcək.Bu barədə “Reuters”ə terminalı idarə edən Global Terminal Services (GTS) şirkəti məlumat verib.

GTS Rusiya nefti ilə bütün mümkün əlaqələri kəsmək qərarına gəlib və buna uyğun olaraq 2024-cü ilin fevral ayının sonunda müştərilərinə hər hansı qanun, qayda və ya sanksiyaların pozulması halında belə, Rusiya mənşəli heç bir məhsulu qəbul etməyəcəyini bildirib.

GTS qeyd edib ki, bütün əvvəlki əməliyyatlar sanksiyalara, xüsusən də G7 ölkələri tərəfindən müəyyən edilmiş qiymət məhdudiyyətlərinə tam uyğun olaraq həyata keçirilib.