Ən son xəbərlər:

18.10.2023/07:29/ 2024-cü il Avropa çempionatının seçmə turnirində Danimarka və Sloveniya öz görüşlərində qalib gəliblər

2024-cü il Avropa çempionatının seçmə turnirində Danimarka və Sloveniya öz görüşlərində qalib gəliblər.

xeberaz.info xəbər verir ki, 2024-cü il Avropa çempionatının seçmə turnirinin H qrupunda növbəti oyunları başa çatıb. Danimarka səfərdə San Marinoya 2:1 hesabı ilə qalib gəlib, Sloveniya isə Şimali İrlandiyadan güclü olub – 1:0.

Rasmus Hoylund və Yussuf Poulsen 42 və 70-ci dəqiqələrdə qola imza ataraq danimarkalılara qələbə qazandırıb, Alessandro Qolinucçi isə 61-ci dəqiqədə meydan sahiblərinin heyətində 1 dəfə fərqlənib.

Slovenlərlə Şimali İrlandiyalıların qarşıdurmasında yeganə qolu 5-ci dəqiqədə rəqib qapısına zərbə endirən Adam Qnezda-Çerin vurub.

Paralel keçirilən görüşdə Qazaxıstan komandası Helsinkidə Finlandiya millisini məğlub edib (2:1).

Səkkiz oyundan sonra H qrupuna 19 xalla Sloveniya başçılıq edir, Danimarka ikinci (19 xal), Qazaxıstan üçüncü (15), Finlandiya dördüncü (12), Şimali İrlandiya beşinci (6), San -Marino altıncıdır (0).