Ən son xəbərlər:

20.09.2023/09:59/ Almaniya millisinə Nagelsmann rəhbərlik edəcək

Almaniya millisinə Nagelsmann rəhbərlik edəcək.

xeberaz.info xəbər verir ki, Almaniya millisinə alman məşqçi Julian Nagelsmann rəhbərlik edəcək. “Bild”in məlumatına görə, 36 yaşlı mütəxəssislə müqavilə Avro-2024-ün sonuna kimi nəzərdə tutulub.

Sentyabrın 10-da Almaniya Futbol Federasiyası komandaya 2021-ci ildən başçılıq etmiş Hansi Flikin qovulduğunu açıqlayıb. Sentyabrın 9-da Almaniya yığması yoldaşlıq görüşündə Yaponiyaya uduzub (1:4).

Almaniya millisi 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında qrupdan vəsiqə qazana bilməyib.

2024-cü ildə Almaniya futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək.