Ən son xəbərlər:

01.09.2023/17:17/ “Mançester Yunayted” 25 yaşlı türkiyəli qapıçı ilə müqavilə imzalayıb

“Mançester Yunayted” 25 yaşlı türkiyəli qapıçı ilə müqavilə imzalayıb.

xeberaz.info xəbər verir ki, “Fənərbağça”nın qapıçısı Altay Bayındır karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. 25 yaşlı türkiyəli futbolçu “Mançester Yunayted”lə 2027-ci ilin iyun ayına qədər müqavilə imzalayıb.

Sövdələşmənin maliyyə detalları açıqlanmayıb. Nüfuzlu transfermarkt.de portalı qapıçının dəyərini 11 milyon avro qiymətləndirir.