Ən son xəbərlər:

30.08.2023/10:09/ PSJ-nin 30 yaşlı yarımmüdafiəçi Verratti 45 milyon avroya Qətər klubuna keçməyə çox yaxındır

PSJ-nin 30 yaşlı yarımmüdafiəçi Verratti 45 milyon avroya Qətər klubuna keçməyə çox yaxındır.

xeberaz.info xəbər verir ki, “Paris Sen-Jermen”in yarımmüdafiəçisi Marko Verratti Qətərin “Əl Ərəbi”sinin futbolçusu ola bilər.

RMC Sport-un məlumatına görə, tərəflər sövdələşməni bağlamağa yaxındırlar. Transfer məbləği 45 milyon avro və bonuslar olacaq.

2022/23 mövsümündə 30 yaşlı yarımmüdafiəçi 38 oyun keçirib və 1 məhsuldar ötürmə edib. Onun Paris klubu ilə müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Daha əvvəl Əl-Hilalın Verratti üçün PSJ-yə 50 milyon avro təklif edəcəyi bildirilirdi.