Ən son xəbərlər:

17.08.2023/08:39/ Səudiyyə Ərəbistanı çempionatında qalib gələn komanda Çempionlar Liqasında əlavə yer ala bilər

Səudiyyə Ərəbistanı çempionatında qalib gələn komanda Çempionlar Liqasında əlavə yer ala bilər.

xeberaz.info xəbər verir ki, Səudiyyə Ərəbistanı Futbol Federasiyasının rəhbərliyi Çempionlar Liqasında iştirak üçün dəvət almaq istəyi ilə UEFA-ya müraciət edə bilər. Bu barədə “Corriere dello Sport” məlumat yayıb.

Mənbənin sözlərinə görə, səudiyyəlilər 2024/2025 mövsümündə Avropanın ən yaxşı klub yarışında iştirak etməyi planlaşdırır. Qeyd olunur ki, Səudiyyə Ərəbistanı çempionatında qalib gələn komanda Çempionlar Liqasında əlavə yer ala bilər.

2024-cü ildən Çempionlar Liqası yeni formatda olacaq. İştirakçıların sayı 32-dən 36-ya yüksələcək.Qrup mərhələsinin əvəzinə vahid liqa olacaq.