Ən son xəbərlər:

17.08.2023/08:31/ Qvardiola üç klubla UEFA Superkubokunu qazanan ilk məşqçidir

Qvardiola üç klubla UEFA Superkubokunu qazanan ilk məşqçidir.

xeberaz.info xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola üç klubla UEFA Superkubokunu qazanan ilk məşqçi olub. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Avqustun 17-nə keçən gecə Superkubok matçında “Siti” “Sevilya”nı məğlub edib. Qvardiola daha əvvəl “Barselona” (2009, 2011) və “Bavariya” (2013) ilə kuboku qazanıb.

Pireydəki Karaiskakis stadionunda keçirilən “Siti” – “Sevilya” görüşü 11 metrlik zərbələr seriyasında “Mançester Siti”nin qələbəsi ilə yekunlaşıb.

25-ci dəqiqədə İspaniya yığmasının hücumçusu Youssef En-Nesiri hesabı açıb. “Mançester Siti”nin yarımmüdafiəçisi Koul Palmer 63-cü dəqiqədə hesabı bərabərləşdirib. Görüş penaltilər seriyasına çevrildi və burada Mançesterli futbolçular daha güclü oldular.

Beləliklə, “Mançester Siti” tarixində ilk dəfə UEFA Superkubokunu qazanıb.