Ən son xəbərlər:

11.08.2023/19:13/ Ronaldo matçda xaç işarəsi jestinə görə həbs oluna bilər

Ronaldo matçda  xaç işarəsi jestinə  görə həbs oluna bilər.

xeberaz.info xəbər verir ki, Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun kapitanı Kriştianu Ronaldo Ərəb Çempionlar Kubokunun yarımfinalında vurduğu qoldan sonra xaç işarəsi jestinə görə  həbs oluna bilər. Bu barədə İtaliya 24 Press News xəbər verir.

İraqın “Əl-Şort”u ilə görüşdə Ronaldo rəqibinə qol vurub. Bundan sonra qaçış edən futbolçu Səudiyyə Ərəbistanının qanunlarını pozub. Belə ki, bu ölkədə xristianlıqla bağlı hər hansı jest və simvolların nümayişi qadağan edilib. Bu insanları öz inanclarına çevirmək istəyi kimi yozulur.

Qəzetin qeyd etdiyi kimi, bu, “Ən-Nəsr”in futbolçuları ilə bağlı ilk oxşar hadisə deyil. Kolumbiyalı keçmiş hücumçu Xuan Pablo Pino ticarət mərkəzində İsa Məsihə döymə vurduğu üçün həbs edilib.