Ən son xəbərlər:

09.08. 2023/14:43/ Ukrayna rusiyalı idmançıların digər dövlətlərin ərazisinə girişinə qadağa qoyulmasına nail olmaq niyyətindədir

Ukrayna  rusiyalı idmançıların digər dövlətlərin ərazisinə girişinə qadağa qoyulmasına nail olmaq niyyətindədir.

xeberaz.info xəbər verir ki, Ukraynanın idman təşkilatları rusiyalı idmançıların digər dövlətlərin ərazisinə girişinə qadağa qoyulmasına nail olmaq niyyətindədir. Müraciət Ali Radanın müvafiq komitəsi tərəfindən hazırlanır.

Gənclər və İdman Məsələləri Komitəsi Ukrayna Ali Radasının deputatlarına xarici dövlətlərin rəhbərlərinə və parlamentlərinə müraciət layihəsini qəbul etmək üçün tövsiyə verib. Belə bir sənədin əsas məqamı Rusiya və Belarusdan olan idmançıların və idman nümayəndə heyətlərinin ölkəyə girişinə qadağa qoyulması təklifi olmalıdır.