Ən son xəbərlər:

08.08. 2023/06:57/ Rusiyanın üz tanıma sistemindən 36 ölkədə istifadə edilib

Rusiyanın üz tanıma sistemindən 36 ölkədə istifadə edilib.

xeberaz.info xəbər verir ki, Yerli istehsal olan üz tanıma sistemi 2022-ci ildə Qətərdə keçirilən Dünya Kuboku da daxil olmaqla 36 ölkədə tətbiq edilib. Bu barədə Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı “Rostec”in rəhbəri Sergey Çemezov bildirib.

“Rostec”in rəhbəri  qeyd edib ki, üz tanıma sistemi ilk dəfə 2018-ci ildə futbol üzrə Dünya Kubokunda istifadəyə verilmişdir. Sistem bu gün ən yaxşılardan biri kimi tanınır: 2021-ci ildə NtechLab xüsusilə terror təhlükələrini nəzərə alaraq, dünyada ən dəqiqi kimi qəbul edilir. 2022-ci ildə biz bu layihələri 36 ölkədə, o cümlədən Qətərdə keçirilən dünya çempionatında həyata keçirdik.