Ən son xəbərlər:

07.08. 2023/12:47/ Azərbaycan Premyer Liqasının ilk turunda “Kəpəz” PFK doğma meydanda “Neftçi”ni qəbul edib

Azərbaycan Premyer Liqasının ilk turunda “Kəpəz” PFK doğma meydanda “Neftçi”ni qəbul edib.

xeberaz.info  Gəncə Şəhər İcra Hakimiyyətinə istinadən  xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, bələdiyyə sədrləri, Aparatın məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri qarşılaşmanı stadionda azarkeşlərlə birgə izləyiblər.

Şəhər rəhbərliyinin oyunda tamaşıçılarla birgə iştirakı “Kəpəz” futbolçuları üçün əlavə stimul yaradıb.

Gərgin idman mübarizəsi şəraitində  keçən oyun “Kəpəz” PFK-nın qələbəsi ilə başa çatıb. Yeganə qolu 44-cü dəqiqədə penaltidən Mate Kvirkviya vurub.

Oyunun gedişindən və nəticədən razı qalan gəncəli azarkeşlər futbolşuları meydandan alqışlarla yola salıblar.

Qeyd edək ki, bu qələbədən sonra ilk xallarını qazanan “Kəpəz” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.