Ən son xəbərlər:

14.07.2023/11:05/ Messi İnter Mayamidə məşqlərə başladı

Messi İnter Mayamidə məşqlərə  başladı.

xeberaz.info xəbər verir ki, Argentinalı hücumçu Lionel Messi oynamağı planlaşdırdığı Amerikanın “İnter Mayami” futbol klubunun məşqinə gəlib.

“Barselona”nın və PSJ-nin sabiq hücumçusunun tibbi müayinədən keçdiyi və gələcək komanda yoldaşları ilə futbol meydançasında görüşdüyü məlum olub.

Şimali Amerika Böyük Futbol Liqası komandası mediaya xəbərdarlıq edib ki, Messi müqavilə imzalayana qədər onunla fotoları dərc etməyəcəklər.

İyun ayında Messi müqaviləsinin başa çatması səbəbindən Fransanın Paris Saint-Germain klubundan ayrıldı və ona yaxşı maaş – ildə 50 – 60 milyon dollar təklif edən İnter Mayamiyə keçidini elan etdi.