Ən son xəbərlər:

12.07.2023/15:11/ Zukerberq Mask ilə döyüşündən əvvəl çempionlarla məşq edib

12.07.2023/15:11/ Zukerberq Mask ilə döyüşündən əvvəl çempionlarla məşq edib.

xeberaz.info xəbər verir ki, Amerikalı milyarder Mark Zukerberq həmkarı sahibkar İlon Maskla döyüşdən əvvəl UFC çempionları İsrael Adesanya və Aleksandr Volkanovski ilə ı məşq edib.

Zukerberq sosial şəbəkədəki səhifəsində yazıb: Sizinlə birlikdə məşq etməkdən şərəf duyuram.

Mask daha əvvəl döyüşə hazırlıq üçün keçmiş orta çəkidə UFC çempionu Georges St-Pierre ilə məşq edib.

Mask, sonuncunun şirkətinin Project 92 işçi adı altında Twitter rəqibi hazırlaması barədə xəbərlərdən sonra Zukerberqi döyüşə çağırıb. Sahibkarlar hətta Romanın Kolizeyində duel keçirmək imkanını da nəzərdən keçiriblər.