Ən son xəbərlər:

11.07.2023/16:57/ Hücumçu Romelu Lukakunun klubun təyin etdiyi tarixdə “Çelsi” ilə məşqlərə qayıtmaq fikri yoxdur

Hücumçu Romelu Lukakunun  klubun  təyin etdiyi tarixdə “Çelsi” ilə məşqlərə qayıtmaq fikri yoxdur.

xeberaz.info xəbər verir ki,  “The Telegraph” yazır ki, futbolçu ümid edir ki, “İnter” onun transferi ilə bağlı razılığa gələ biləcək. Belçikalının iyulun 12-də “Çelsi”də olacağı gözlənilir.

Lukaku 2022/23 mövsümündə “İnter”də icarə əsasında çıxış edib. Komandanın heyətində bütün yarışlarda 36 oyunda 14 qol vurub və 7 məhsuldar ötürmə edib. Komanda ilə birlikdə futbolçu Çempionlar Liqasının finalına çıxıb və burada “Mançester Siti”yə uduzub (0:1).

Bundan əvvəl Lukakunun Səudiyyə Ərəbistanından gələn təklifi rədd etdiyi bildirilirdi.