Ən son xəbərlər:

11.07.2023/07:36/ Mbappe Paris klubunu tərk etmək fikrində deyil

Mbappe ehtiyat oyunçular skamyasına salınsa belə, PSJ-də qalacaq.

xeberaz.info xəbər verir ki, Paris Saint-Germain-in hücumçusu Kilian Mbappe yay transfer pəncərəsində Paris klubunu tərk etmək fikrində deyil.

Mbappe gələn mövsüm PSJ-də olacaq. Hətta klub onu ehtiyat oyunçular skamyasına salmaq qərarına gəlsə belə. O, klubda qalacaq. O, bu vəziyyəti qəbul etməyə hazırdır, – ekspert Daniel Riolo RMC Sport-a belə bildirib.

Mbappe ötən mövsüm Parisdə 43 matçda 41 qol vurub və 10 məhsuldar ötürmə edib. Hücumçunun klubla müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.

Mətbuatda yayılan xəbərlərə görə, transfer üçün 200 milyon avrodan çox pul ödəyən “Real Madrid” futbolçunu almağa hazırlaşır.