Ən son xəbərlər:

05.07.2023/14:31/ PSJ baş məşqçi Kristof Qaltyeni istefaya göndərdi

PSJ baş məşqçi Kristof Qaltyeni istefaya göndərdi.

xeberaz.info xəbər verir ki, Fransanın “Paris Sen-Jermen” futbol klubu baş məşqçi Kristof Qaltyeni istefaya göndərib. Bu barədə parislilərin mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis ötən mövsüm başlamazdan əvvəl klubun sükanı arxasında dayanmışdı. Sonra iki il müddətinə əməkdaşlıq müqaviləsi imzalandı. 56 yaşlı fransızın rəhbərliyi altında PSJ 11-ci dəfə ölkə çempionu oldu. Bundan əlavə, parislilər UEFA Çempionlar Liqasının 1/8 finalına çıxıb və burada “Bavariya”ya məğlub olublar.

Paris Saint-Germain-in çərşənbə günü yeni baş məşqçinin adının açıqlanacağı gözlənilir. Mətbuatın yazdığına görə, bu, ispaniyalı Luis Enrike olacaq.