Ən son xəbərlər:

26.06.2023/17: 23/ Luka Modriç “Real”la müqaviləsini daha bir mövsüm uzadıb

Luka Modriç “Real”la müqaviləsini daha bir mövsüm uzadıb.

xeberaz.info xəbər verir ki, Modriç Real Madrid ilə müqaviləsini 2024-cü ilə qədər uzadıb. Klubun mətbuat xidmətindən bildiriblər ki, xorvatiyalının yeni müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

37 yaşlı yarımmüdafiəçi 2012-ci ilin avqustundan “Real Madrid”də çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 52 oyuna çıxıb, 6 qol vurub və 6 məhsuldar ötürmə edib.

Daha əvvəl Modriç gələcəyi ilə bağlı qərar verdiyini bildirmişdi.