Ən son xəbərlər:

05.06.2023/10:48/ “Real Madrid”in yarımmüdafiəçisi Luka Modriç tezliklə Səudiyyə Ərəbistanı klubu ilə müqavilə imzalayacaq

“Real Madrid”in yarımmüdafiəçisi Luka Modriç tezliklə Səudiyyə Ərəbistanı klubu ilə müqavilə imzalayacaq.

xeberaz.info xəbər verir ki, Modriç Səudiyyə Ərəbistanından olan bir klubla 3 illik müqavilə  bağlayacaq. Futbolçu Səudiyyə Ərəbistanı çempionatında yüklərin daha az olacağına ümid edir. O, 2024-cü il Avropa çempionatı üçün Xorvatiya millisinə çağırılmaq istəyir.

37 yaşlı yarımmüdafiəçi 2012-ci ilin avqustundan “Real Madrid”də çıxış edir. Modriç bu mövsüm bütün turnirlərdə 52 oyuna çıxıb, 6 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.