Ən son xəbərlər:

05.06.2023/10:38/ Mbappe növbəti mövsüm PSJ-dən heç nə gözləmir

Mbappe növbəti mövsüm PSJ-dən heç nə gözləmir.

xeberaz.info xəbər verir ki, Paris Saint-Germain-in hücumçusu Kilian Mbappe Paris klubunda gələn mövsüm üçün gözləntilərini bölüşüb.

Gələn mövsüm PSJ-dən nə gözləyirəm? heç nə. Mən burada sadəcə futbol oynamaq üçün gəlmişəm. Mənim müqaviləm var. Mən futbol üçün buradayam. Klub əlindən gələni edir və bu mənə uyğundur, – deyə RMC Sport Mbappedən sitat gətirir.

Paris klubu 2022/23 mövsümündə Fransa çempionu olub. Hücumçu bombardirlər yarışında qalib gəlib (29 qol). Onun müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.

Daha əvvəl Mbappenin 2024-cü ildən əvvəl “Real Madrid”ə keçməyəcəyi bildirilirdi.