Ən son xəbərlər:

30.05.2023 /22:11/ Türkiyə parlamentində yer bölgüsü məlum olub

Türkiyə parlamentində yer bölgüsü məlum olub.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ittifaqı parlamentdə 323 mandat qazanıb

Seçkilərin yekun nəticələrinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hakim alyansı ölkə parlamentində 323 mandat qazanıb. Türkiyənin qanunverici orqanında yerlərin bölgüsü TASS-a ölkənin Mərkəzi Seçki Komissiyasının rəhbəri Əhməd Enerin açıqladığı məlumatlardan məlum olub.

Enerin sözlərinə görə, Ədalət və İnkişaf Partiyası 268, Yeni Rifah Partiyası 5, Milliyyətçi Hərəkat Partiyası 50 mandat qazanıb. Ümumilikdə Kamal Kılıçdaroğlunun müxalifət ittifaqı parlamentdə 212 mandat qazanıb.