Ən son xəbərlər:

30.05.2023 /21:43/ Ərdoğanın andiçmə mərasimi iyunun 3-də baş tuta bilər

Ərdoğanın andiçmə mərasimi iyunun 3-də baş tuta bilər.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi şənbə günü, iyunun 3-də baş tuta bilər. Bu barədə Türkiyə liderinin müşaviri Mehmet Uçum məlumat verib.

Uçumun sözlərinə görə, həmin gün Ərdoğan yeni hökumət üzvlərinin siyahısını açıqlaya bilər.

Mayın 28-də axşam Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ikinci turunun nəticələrinə görə ona göstərilən etimada görə Türkiyə xalqına təşəkkür edib.