Ən son xəbərlər:

30.05.2023 /21:12/ NATO Kosovoya daha 700 hərbçi göndərir

NATO Kosovoya daha 700 hərbçi göndərir.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, NATO təhlükəsizlik məqsədilə Kosovoya əlavə 700 hərbçi göndərəcək və lazım gələrsə, yerləşdirmək üçün daha bir batalyon hazırlayacaq. Bunu çərşənbə axşamı NATO-nun baş katibi Yens Stoltenberq Osloda keçirdiyi mətbuat konfransında deyib.

NATO-nun Kosovodakı qüvvələri regionun bütün əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcək, – Stoltenberq belə bildirib.

NATO Kosovoya əlavə 700 hərbçi göndərəcək və lazım gələrsə göndərilə bilməsi üçün başqa bir batalyonun hazırlıq səviyyəsini artıracaq.